send link to app

TVSEANS - Mobil Kinoteatr app for iPhone and iPad


4.4 ( 784 ratings )
Photo & Video Entertainment
Developer: tv seans
Free
Current version: 1.4, last update: 4 years ago
First release : 08 Nov 2018
App size: 20.74 Mb

Ağır və yorğun iş günündən sonra hər birimiz kompüterin qarşısına keçib öz sevimli serial və filmimizi izləmək istəyirik. Əvvəllər yanız televiziyalar bu imkanı verirdisə, indi, yüksək texnologiyalar əsrində, bunu internet vasitəsilə asanlıqla əldə edə bilirik. Bunun üçün dünyada yüzlərlə sayt və portal mövcuddur. Lakin təəssüflər olsun ki, bu saytlarda təqdim olunan keyfiyyət barədə eyni sözü deyə bilməyəcəyik.

Videokontent izləmək üçün məhz bizim mobil tətbiq, filmlər haqqında Azərbaycan dilində dolğun məlumatlar əldə edib yüksək keyfiyyətlə internetdən nümunələr taparaq, istifadəçiyə izləmək şansı verir. Burada hər kəz özü üçün maraqlı ekran işi tapıb, ona ya SD, ya da Full HD keyfiyyəti ilə baxa bilər. Bu da realistik səhnələrdən zövq almağa yüz faiz zəmanət verir. Seçilmiş filmlərin tam yüklənməsi və yayımı isə fantastik sürətə başa gəlir.

Bizim digər missiyamız isə insanlara kino aləminin müxtəlifliyini çatdırmaqdır.
Tətbiqimizdə müxtəlif yaş həddi və zövqə uyğun filmlər haqqında məlumatlar və məqalələr tapmaq mümkündür. Bunun üçün yalnız internetin olması kifayətdir.

Biz istifadəçilərə maksimal dərəcədə geniş seçim imkanı veririk. Kataloqumuza ən son Hollivud, Bollivud, Avropa, Rus kinematoqrafçılarının çəkdiyi filmlər, Türk filmləri, Klassik hitlər, Sovet filmləri, dünyaca məşhur seriallar və cizgi filmləri haqqında məqalə və məlumatlar, foto və treylerlər daxildir.

TVSEANS-mobil kinoteatrını digər mobil tətbiqlərdən fərqləndirən ən əsas xüsusiyyət isə onun filmləri üç dildə - Azərbaycan, Rus və Orijinal dildə internet vasitəsi ilə tapmaq imkanıdır.
Dil dəyişmək üçün sizin menyuya daxil olmağınıza ehtiyac yoxdur. Bunun üçün filmi izləyə-izləyə yalnız bir klik etməyiniz kifayədir. Bu inqilabi yeniliyi isə sizə yalnız mobil tətbiqimiz təqdim edir.

Proqramımızın sizə təqdim etdiyi digər yenilik isə filmlərin dublyajında istifadə olunan dil üslubudur. Belə ki, TVSEANS-mobil kinoteatrı bu vaxta qədər mövcud olan bütün stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə tapır və məişət üslubunda URL-ləri təqdim edir. Bu da filmlərin daha yaxşı qavranılmasına və mənimsənilməsinə kömək edir.

Bizim proqram Planşet və müxtəlif mobil cihazlar vasitəsilə dəstəklənir. Yəni istənilən film və ya televiziya şousu haqqında məlumatları bütün qurğularda qüsursuz izləmək mümkündür.